ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə qarşıdakı görüşü çərçivəsində Vaşinqtonun Moskva ilə münaqişə axtarmadığını, əksinə sabit münasibət qurmaq istədiyini söyləyib.
RİA Novosti xəbər verir ki, ABŞ lideri, həmçinin, Avropa təhlükəsizliyinə qarşı irəli sürülən iddialara cavab verməyə də hazır olduğunu bildirib.
Qeyd edək ki, tərəflər arasında görüş iyunun 16-da Cenevrədə keçiriləcək NATO zirvə görüşü çərçivəsində planlaşdırılır.