Bayden Rusiyanın “Şimal axını-2” layihəsini tikən şirkətə sanksiya tətbiq etdi
ABŞ Prezidenti Co Bayden Şimal Axını-2 layihəsinin tikintisini aparan “Nord Stream 2 AG” şirkətinə qarşı sanksiya tətbiq edib.
Bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib.
Bildirilib ki, sanksiya müttəfiqlərlə məsləhətləşmələrdən sonra “Nord Stream 2 AG” şirkətinə tətbiq edilib. Sanksiya şirkətin podratçılarını da əhatə edir. Sanksiya “DXR” və “LXR”in Rusiya tərəfindən tanınmasına cavab olaraq tətbiq olunub.
ABŞ Prezidenti Co Baydenin elan etdiyi Şimal Axını-2 layihəsinin tikintisini aparan “Nord Stream 2 AG” şirkətinə qarşı sanksiya Almaniyanın keçmiş kansleri Gerhard Şröderə şamil edilmir.
Bu barədə Reuters agentliyi Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb. Qeyd olunur ki, Şröder “Nord Stream 2 AG” şirkətinin səhmdarlar komitəsinə rəhbərlik edir.
