Putin “Donbasın müdafiəsi üçün” xüsusi əmliyyatın başlanmasına əmr verdi

Rusiya Prezidenti Vladimir Putin “Donbasın müdafiəsi üçün” xüsusi əmliyyat keçirilməsi barədə göstəriş verib.

Rusiya prezidenti Vladimir Putin bu gün səhər saatlarında Donbasda xüsusi əməliyyata başladığını açıqlayıb.

Azpost.info xəbər verir ki, müraciət “Rossiya 24” telekanalı tərəfindən yayımlanıb. “Mən xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldim. Biz hadisələrin istənilən inkişafına hazırıq. Bütün lazımi qərarlar qəbul edilib”, – Putin bildirib.

Rusiya lideri deyib ki, Rusiya Ukrayna ərazisindən gələn daimi təhlükə ilə mövcud ola bilməz: “Xalqımızı qorumaq üçün Rusiya hakimiyyətinə bu gün istifadə etdiyimiz imkandan başqa heç bir imkan qalmamışdı”. “Planlarımıza Ukraynanın işğalı daxil deyil” deyən Putin Ukrayna hərbçilərini silahları yerə qoymağa çağırıb. Rusiyaya qarşı çıxmaq qərarına gələn üçüncü ölkələri isə Putin tarixlərində heç vaxt görmədikləri nəticələrlə hədələyib. Rusiya prezidenti rus xalqının dəstəyinə ümid etdiyini bildirib.

Rusiya Prezidenti bildirib ki, ölkəsinin Ukraynanı işğal etmək planı yoxdur, lakin onun demilitarizasiyasına çalışır.
“Şimali Atlantika Alyansı Ukraynanı mənimsədiyi halda Rusiya özünü təhlükəsiz hiss edə bilməz. Ukraynadakı vəziyyətə kənar müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək” – deyə Putin vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bayden Rusiyanın “Şimal axını-2” layihəsini tikən şirkətə sanksiya tətbiq etdi

Sonrakı məqalə

Rusiyanın Ukraynaya hücumu başlayıb –