Bayden Trampa ittiham irəli sürülməsini şərh etməyib

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampa qarşı cinayət ittihamlarını şərh etməkdən imtina edib.

TASS-ın verdiyi məlumata görə, bu, cümə günü Baydenin Missisipi səfərindən əvvəl Ağ Evdə baş verib.

 

Amerika prezidenti jurnalistlərlə qısa söhbətində “Tramp işi ilə bağlı heç bir şərhim yoxdur” deyib. O, həmçinin Trampın ittiham edilməsinin ABŞ-ı parçalayıb-parçalamayacağı sualına cavab verməkdən imtina edib.

Əvvəlki məqalə

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”

Sonrakı məqalə

Polad Bülbüloğlu Lavrovun müavini ilə üçtərəfli razılaşmaları müzakirə edib