Bayden Trampı “şarlatan” adlandırdı:“O, zəhmətkeş sinfin problemlərindən bixəbərdir”

ABŞ prezidentliyinə Demokrat namizəd Co Bayden Prezident Trampın orta sinif amerikalılara münasibətini tənqid edib. Namizəd çəənbə günü uşaqlıq illərini keçirdiyi Pensilvaniyanın Skranton şəhərində danışıb.

Azpost.info “Amerikanın Səsi” radiosuna istinadən bildirir ki, arxasında böyük bir Amerika bayrağı, köhnə dostları və böyük ailəsininn səmimiyyəti fonunda danışan Bayden prezidenti vergi siyasəti, iqtisadi idarəetmə və ümumilikdə ABŞ-ın işçilərinin rifahına xələl gətirən şarlatan populist adlandırıb.

“Bu administrasiyanın ağır çalışan, ləyaqətli adi amerikalıların nələrdən keçdiyindən xəbəri belə yoxdur,” – sabiq vitse-prezident bildirib.

Debatlardakı büdrəmələr fonunda bu 45 dəqiqəlik çıxış Baydenin indiyədək effektiv şəkildə sınaqdan keçirdiyi Trampa hücum taktikasının davamı kimi qiymətləndirilir.

Baydenin yardımçıları onun Respublikaçıların vergi ixtisarının ləğvi, iqlim dəyişikliyi, silahlara nəzarət, təhsil xərcləri kimi problemlərin həlli kimi son cəhdlərini “Amerikanın onurğası” olan orta sinfin yenidən bərpasına yönələn iqtisadi siyasət müraciəti kimi təsvri edib.

Demokratların prezidentliyə namizədlik uğrunda yarışında favorit mövqedə olan Bayden 2020-ci il seçkilərini “millətin ruhu uğrunda savaş” kimi təsvir edib.

Pennsilvaniya ştatının Skranton şəhərində anadan olmuş və daha sonra Delaverə köçmüş Bayden demək olar ki, bütün karyerası boyu milli siyasətdə olub. 1972-ci ildə ilk Senat yarışını qazandıqdan sonra o, növbəti 36 ildə bu mötəbər qanunverici qurumda xidmət edib. Daha sonra səkkiz il prezident Barak Obamanın vitse-prezidenti vəzifəsində çalışıb.

Bayden 1988 və 2008-ci illərdə prezidentliyə namizədliyini irəli sürüb, lakin seçicilərdən yetərincə dəstək ala bilməyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xaçmazda gənc ana iki azyaşlı övladı ilə birgə yoxa çıxıb

Sonrakı məqalə

Astarada narkotacir 3 kiloqram narkotiklə tutuldu –