Bayden Ukraynaya 270 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya daha 270 milyon dollarlıq hərbi yardım paketinin verilməsinə dair sənədi imzalayıb.

Bu barədə “Politico” nəşri Ağ Evin sözçüsü Con Kirbiyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Ukraynaya 580 “Phoenix Ghost” hücum və kəşfiyyat aparatları göndərəcək.

Paketə, həmçinin dörd HIMARS çoxlu buraxılış raket sistemi (MLRS), 36 min mərmi və tank əleyhinə silahlar daxildir.

Əvvəlki məqalə

“Yaxın günlərdə Qara dənizdə taxılın daşınması başlayacaq”

Sonrakı məqalə

Gürcüstan Prezidenti Allahşükür Paşazadəni qəbul edib