Bayden və Çin rəhbəri virtual sammit keçirmək barədə razılığa gəlib

07 Oktyabr 2021 - 07:54

ABŞ prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpin bu ilin sonuna qədər virtual formatda sammit keçirməyi planlaşdırırlar.

“Bloomberg” agentliyi  xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

ABŞ rəhbərliyinin rəsmisi qeyd edib ki, yüksək səviyyəli sammitin keçirilməsi ilə bağlı “prinsipial razılaşma” Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü Yan Tszeçi arasında 6 saat davam edən danışıqlar zamanı əldə edilib.

İki ölkənin yüksək vəzifəli şəxslərinin görüşü Sürixdə baş tutub.