Bayden və Putin İsveçrədə görüşəcək –

-CNN
25 May 2021 - 17:16

ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasındakı görüşün iyunun 15-16-da Cenevrədə keçiriləcəyi gözlənilir.

Bu barədə CNN telekanalı Bayden administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

“Administrasiya rəsmiləri bildiriblər ki, uzun müddətdir davam edən müzakirələrdən sonra Cenevrə iyunun 15-16-da ABŞ Prezidenti Co Baydenin Rusiya dövlət başçısı Vladimir Putinlə görüşünə ev sahibi edəcək şəhər kimi seçilib”, – deyə CNN telekanalının məlumatında bildirilib.