Qarabağın bərpası ilə bağlı İtaliya və Azərbaycan şirkətlərinin növbəti görüşü keçirilib

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işləri sahəsində İtaliya və Azərbaycan arasında əməkdaşlıq kontekstində ikinci onlayn görüş keçirilib.

İtaliya səfirliyinin verdiyi xəbərə görə, onlayn formatda baş tutan görüşdə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano, Azərbaycanın energetika naziri, İtaliya-Azərbaycan Birgə Komissiyasının həmsədri Pərviz Şahbazov, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələri, ANCE-nin (Bina İnşaatçıları Milli Assosiasiyası) nümayəndələri və təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşəcək seçilmiş İtaliya şirkətləri iştirak edib.

Görüşdə çıxış edən İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Manilo Di Stefano yenidənqurma işlərində İtaliyaya göstərdiyi etimada görə Azərbaycan hökumətinə təşəkkür edib.

M. D. Stefano bildirib ki, bu artıq belə formatda keçirilən üçüncü görüşdür: “Rekonstruksiya sahəsində ölkəmiz İtaliya tarixinin, mədəniyyətinin, incəsənətinin və arxeoloji irsinin önəminin nəticəsi olaraq dünya çapında qəbul olunmuş və təsdiqlənmiş bacarıqlar inkişaf etdirib. Bizim şirkətlərimiz yerli irsin bərpası üçün bacarıqlarını təqdim etməyə hazırdır və əminəm ki, bu bacarıqlar bərpaya, qorumağa və inkişaf etməyə kömək edəcək”.

İtaliya hökumətinin rəsmisi bildirib ki, konstruksiya, enerji, “ağıllı” şəhər sahəsində oxşar onlayn görüşlər keçiriləcək.

Qeyd edək ki, daha əvvəl şəhər planlaması ilə bağlı İtaliya və Azərbaycan şirkətləri arasında onlayn görüş keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda prezident seçkilərində iştirak edəcək namizədlər açıqlanıb –

Sonrakı məqalə

Bayden və Putin İsveçrədə görüşəcək –