Bayden və Tramp arasında ilk debat keçirilib

ABŞ-da hazırkı və keçmiş prezident arasında ilk teledebat keçirilib.

Azpost.info bildirir ki, debat Corciya ştatının Atlanta şəhərində keçirilib.

Bayden və Tramp müxtəlif məsələlər barədə sualları cavablandırıblar.

ABŞ-ın vitse-prezidenti Kamala Harris etiraf edib ki, Amerika lideri Co Bayden Trampla teledebatda çıxışına zəif başlayıb. “Bu, ləng başlanğıc idi, lakin finiş güclü oldu”- deyə o bildirib.

Harris “Co Baydenin son dərəcə güclü olduğunu” bəyan edib.

Newsweek jurnalı hesab edir ki, ABŞ prezidenti Co Bayden ilk teledebatda sələfi Donald Trampa uduzub.

“Uduzan Co Bayden”, nəşr yazıb. Qeyd olunur ki, son rəy sorğuları Baydenin Trampla qarşıdurmada mövqeyini gücləndirməyə başladığını və onun debatlarda uğurla çıxış etdiyini göstərib.

Bununla belə, jurnala görə, Tramp debatda rəqibindən daha yaxşı dayanıb və hətta bəzi demokratlar onun performansının daha güclü olduğunu etiraf ediblər. “Qalib: Tramp” deyə Newsweek yekunlaşdırıb.

CNN bildirib ki, Baydenin debatdakı çıxışı Demokratlar Partiyası sıralarında çaxnaşma yaradıb.

Əvvəlki məqalə

Lerikdə 5 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

İranda prezident seçkiləri keçirilir