Bayden və Si Cinpin nüvə silahının tətbiq olunmaması barədə razılığa gəlib

ABŞ Prezidenti Co Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında İndoneziyada G20-nin sammiti çərçivəsində görüşü başa çatıb.

Bu barədə Ağ Evin rəsmi internet səhifəsində bildirilib.

Qeyd olunub ki, görüş zamanı liderlər iki ölkə arasında münaqişələrin qarşısını almaq üçün iş prinsiplərinin hazırlanmasına dair razılığa gəliblər.

Bayden həmsöhbətinə bildirib ki, ABŞ və Çin arasında aktiv rəqabət bundan sonra da davam edəcək və ölkələrin münaqişələrə sürüklənməsinin qarşısını almaq üçün addımlar atılacaq.

Müzakirələr zamanı, həmçinin Ukraynadakı vəziyyətə də toxunulub və hər iki ölkə lideri Ukraynada nüvə silahının tətbiq olunması barədə təhdidlərə qarşı çıxdıqlarını bəyan edib.

Onlar nüvə müharibəsi aparılmasının mümkünsüzlüyü və qalib tərəfin olmayacağı barədə razılığa gəliblər.

Əvvəlki məqalə

Dünya liderləri G20-də Lavrovla şəkil çəkdirmək istəmədilər

Sonrakı məqalə

PKK İstanbuldakı teraktda iştirakını inkar edib