Dünya liderləri G20-də Lavrovla şəkil çəkdirmək istəmədilər- Birgə fotosessiya ləğv edildi

G20 sammitində ənənəvi birgə fotoçəkiliş Rusiyaya görə ləğv edilib.

Azpost.info xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu hal G20 sammitinin tarixində ilk dəfə baş verir.

Sammitdə Vladimir Putinin yerinə Rusiyanı xarici işlər naziri Sergey Lavrovun təmsil olunacağı məlum olduqdan sonra da qərar dəyişməyib. Dünya liderləri Lavrovla şəkil çəkdirmək istəməyiblər.

Qeyd edək ki, sammit noyabrın 15-16-da İndoneziyada keçiriləcək.

Azpost.info

Əvvəlki məqalə

Kanadada Rusiyanın 330 milyon dollarlıq aktivləri dondurulub

Sonrakı məqalə

Bayden və Si Cinpin nüvə silahının tətbiq olunmaması barədə razılığa gəlib