“Baydenin açıqlaması Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımır”- Dövlət Departamenti

“ABŞ Prezidenti Co Baydenin 24 aprel açıqlaması Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımır”.

Bu barədə ABŞ Dövlət Departamentindən “Anadolu” agentliyinin müxbirinə daxil olan yazılı açıqlamada bildirilib.

“ABŞ Prezidentinin son açıqlaması ABŞ məhkəmələrinin mülki yurisdiksiyası qarşısındakı Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımayıb, bu vəziyyət Xarici Dövlət Toxunulmazlığı Qanunu ilə tənzimlənməkdədir”, – deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin 24 apreldə etdiyi açıqlamasında 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsinə Türkiyə tərəfi sərt reaksiya verib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Zakir Həsənov Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşüb

Sonrakı məqalə

Azad Rəhimov vəfat edib –