ABŞ prezidenti Co Baydenin amerikalılar arasında reytinqi onun seçilməsindən bu yana ən aşağı səviyyəyə – 40 faizdən 38 faizə düşüb.
Azpost.info xəbər verir ki, bu barədə “Gallup” sosioloji xidməti məlumat yayıb.
“Gallup” qeyd edir ki, 2021-ci ilin sentyabrından 2022-ci ilin iyununa qədər prezidentin reytinqi 40-43 faiz arasında dəyişib.
“Baydenin reytinqi ABŞ-da koronavirus hallarının artması, qoşunların Əfqanıstandan çıxarılması, son 40 ilin ən yüksək inflyasiyası və rekord yüksək yanacaq qiymətləri ilə düşməyə başlayıb”, – təşkilatdan bildiriblər.
Co Bayden ABŞ-ın 46-cı prezidentidir. O, 2021-ci il yanvarın 20-dən prezident postunu tutur.
Azpost.info
