ABŞ Prezidenti Co Bayden Ağ Evdə Hindistanın Baş naziri Narendra Modi ilə görüşü zamanı etdiyi zarafat amerikalıların tənqidinə səbəb olub.
Bayden müxbirləri görüşə dəvət etməzdən əvvəl zarafatla ABŞ mətbuatını Hindistan mətbuatı ilə müqayisə edərək, hindli jurnalistlərin amerikalı jurnalistlərdən daha yaxşı işlər gördüyünü deyib.
Hindistan mətbuatını daha üstün xarakterizə edən ABŞ lideri Modini yerli jurnalistlərin “əsaslı suallar” verməyəcəyi barədə xəbərdar edib. O, həmçinin, Modiyə ABŞ müxbirlərinə cavab verməməyi təklif etdi.
Baydenin sözügedən zarafatı əks olunan video Respublikaçılar Partiyasının Milli Komitəsi tərəfindən “Twitter” hesabına yerləşdirilib. Prezidentin fikirləri sərt tənqid olunub.