ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Zelenski Tviter hesabında paylaşım edib.
“Baydenlə bir saatlıq söhbəti yenicə bitirdim. Döyüş meydanında və danışıqlar masasında vəziyyətin ortaq qiymətləndirilməsi aparıldı. Xüsusi müdafiə dəstəyi, gücləndirilmiş sanksiyaların yeni paketi, makromaliyyə və humanitar yardımlar haqqında danışdıq”, – o qeyd edib.