Əməkdar rəssam Rəşad Ələkbərov azadlığa buraxılıb

Əməkdar rəssam Rəşad Ələkbərov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluq orqanlarının vəsatətinə baxılıb.

Bu barədə APA-ya onun vəkili Adəm Məmmədov məlumat verib.

Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.

R.Ələkbərov məhkəmə zalından azadlığa buraxılıb.

Əvvəlki məqalə

Baydenlə Zelenski telefonla 1 saat danışdı

Sonrakı məqalə

Şarl Mişel, Prezident İlham Əliyev və Paşinyan görüşəcək