Bayram günlərində Bakı metropoliteninin iş rejimi belə olacaq

Noyabrın 8-9-u ölkəmizdə Zəfər və Bayraq günləri ilə əlaqədar qeyri-iş günləri hesab olunduğundan Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, noyabrın 10-u bazar günü olsa da, qatarların hərəkət qrafiki bayram günlərində olduğu kimi təmin ediləcək:

“Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

Bayram tədbirləri və kütləvi-mədəni proqramların təşkili ilə əlaqədar metropolitendə sərnişin axınının istiqamətlərinin tez-tez dəyişməsi mümkün olduğundan, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının növbətçilik cədvəli əsasında işə cəlb edilməsi təmin olunacaq. Stansiyaların infrastrukturunun, həmçinin mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq. Ehtiyat qatarlar zəruri hallarda xətlərə buraxılmağa hazır saxlanılacaq.

Bu 3 gün ərzində “Bakmil” stansiyasına qatarların hərəkəti şənbə günü cədvəlinə uyğun tənzimlənəcək”.

Əvvəlki məqalə

Dünya dini liderlərinin qlobal Bakı Sammiti başa çatıb

Sonrakı məqalə

Sərnişin axını ilə bağlı Bakı Metropoliteni əməkdaşları növbətçilik əsasında işə cəlb ediləcəklər