Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bayram günlərində necə qidalanmaq lazımdır? –

User 25 İyun 2025 - 22:00 (Last updated: 25 İyun 2025 - 20:38)
YEMEK

Qarşıdan gələn bayram və tətil günlərində qidalanma məsələsində xüsusilə diqqətli olmaq lazımdır. Çünki bu dövrdə qeyri-nizamlı və həddən artıq qida qəbulu halları daha çox müşahidə olunur. Bu da tez-tez şişkinlik, kökəlmə, qəbizlik, qaraciyər və mədəaltı vəz yağlanması, şəkər və xolesterin səviyyəsində yüksəlmələrlə nəticələnə bilər.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda mütəxəssis-ekspert, qastroenteroloq Emin Məmmədov səsləndirib.

Onun sözlərinə görə, bayram günlərində sağlam qidalanmanı təmin etmək üçün öncədən plan qurmaq çox vacibdir: “Yemək saatlarını əvvəlcədən müəyyənləşdirmək, gün ərzində fasilələrlə qidalanmaq faydalıdır. Bayram süfrəsində ağır və yağlı yeməklərin yanında lifli tərəvəz salatlarına, yoğurt əsaslı məzələrə, təbii şirələrə və bol suya yer vermək lazımdır. Qızartmalar və un məmulatlarını az qəbul etmək, desertləri isə əsas yeməkdən azı 2 saat sonra qəbul etmək daha məqsədəuyğundur. Şirniyyata tamamilə qadağa qoymaq əvəzinə, onu miqdarında qəbul etmək lazımdır”.

Emin Məmmədov bildirib ki, tətil günlərində aktivlik qidalanma qədər vacibdir: “Gündəlik olaraq 20-30 dəqiqəlik gəzinti belə, orqanizmin enerjini sərf etməsi və qan dövranının yaxşılaşması üçün kifayət edə bilər. Məsləhət görürəm ki, şəkər, təzyiq, xolesterin və qaraciyər xəstəlikləri olan şəxslər bu günlərdə həkimlərin tövsiyələrinə əməl etsinlər. Dərmanlarını vaxtında qəbul etsinlər və duzlu, yağlı, şəkərli qidalardan uzaq dursunlar. Bu sadə qaydalar sayəsində bayram günlərini həm zövqlü, həm də sağlam keçirmək mümkündür”.

AzPost.az

Post navigation

Previous: Beş ayda Türkiyə Azərbaycandan nə qədər neft alıb?
Next: Azərbaycandan İsrailə pul köçürmələri artıb

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.