BDU-nun yataqxanasında daha iki tələbənin vəziyyəti pisləşib –Nazirlik açıqlama yaydı

Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında iki tələbənin vəziyyəti pisləşib.

Səhiyyə Nazirliyindən (SN) verilən məlumata görə, tələbələrin səhhətinin pisləşməsi barədə məlumat təcili yardıma saat 08:15-də daxil olub:

“Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Klinik Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır”.

Rəsmi məlumata görə, hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.

Xatırladaq ki,  bundan əvvəl BDU-nun 2 saylı yataqxanasında 3 tələbə qız hələ də müəyyən edilməyən səbəblərdən zəhərlənib, onlardan biri həyatını itirib.

Virtualaz.org -un məlumatına görə, həmin yataqxana olduca bərbad vəziyyətdədir, istismara yararsız haldadır və zirzəmisi siçovullarla doludur. Siçovullar yataqxananın dəhlizlərində dolaşır və sosial şəbəkələrdə yayılan məlumatlara görə zəhərlənmənin səbəbi də məhz onlar ola bilər. Belə ki, yataqxanaya siçovullara qarşı zəhərli pereparatlar səpilir və gəmiricilər bu zəhəri otaqlara, tələbələrin əşyalarına və ərzaqlarına yaya bilərdilər. Nəticədə isə təhlükəli infeksiya baş qaldırması mümkündür. Həyatını itirən tələbə qızda müşahidə olunan simptomlar da zəhərlənmə ilə uyğun gəlmirdi, gənc qızın ağzından qan gəldiyi məlum olmuşdu. Hansı ki, qida zəhərlənməsində belə simptom müşahidə olunmur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AZAL iki yeni model “Boeing” alıb, daha 11 təyyarə almaq da müzakirə edilir –

Sonrakı məqalə

Məmmədyarovla Lavrov arasında görüş olub