Məmmədyarovla Lavrov arasında görüş olub- Nələr müzakirə olunub?

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında görüş olub.

Trend-in məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, iki ölkə arasında əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlər barədə müzakirələr aparılıb.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində – Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BDU-nun yataqxanasında daha iki tələbənin vəziyyəti pisləşib –

Sonrakı məqalə

“750 dollara aldığım maşın üçün 7 000 rüsum aldılar”-