“Bakı Dövlət Universitetinin yataqxanasında iki tələbə qızın vəziyyətinin pisləşməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir”.
Bu barədə APA-ya Bakı Dövlət Universitetinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, hadisə Bakı Dövlət Universitetinin yataqxanasında deyil, tələbə qızların kirayədə qaldıqları mənzildə baş verib: “Xalaqızları olan tələbələrdən biri Bakı Dövlət Universitetinin, digəri isə başqa universitetin tələbəsidir. İlkin diaqnoz mədə-bağırsaq iltibahıdır. Tələbələrin vəziyyəti qənaətbəxşdir”.