Yanvarın 1-dən qeydə alınmayan balıq məhsulları ölkəyə buraxılmayacaq –AQTA-dan sahibkarlara XƏBƏRDARLIQ

Balıq məhsullarının ölkəyə idxalı ilə məşğul olan, həmçinin həmin məhsulları istehsal edən təsərrüfat subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması zəruridir.

Qida Təhlükəsizliyi Agentliyindən   Azpost.info-ya verilən məlumata görə, bununla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinin diqqətə çatdırılması və yeni dəyişikliklər barədə məlumat verilməsi məqsədilə balıq və balıq məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüşlər keçirilib, onlara rəsmi məktublar göndərilib və yeni qaydaların icrası ilə bağlı təlimatlar verilib.

Agentlik sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirir ki, 1 yanvar 2020-ci il tarixinə qədər ölkəyə idxal olunan balıq və balıq məhsullarının istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatından keçirilməsi təmin edilməlidir. Göstərilən tarixdən etibarən qeydiyyatdan keçməmiş müəssisələrdə istehsal olunmuş balıq və balıq məhsulların ölkəyə idxalına yol verilməyəcəkdir.

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən Azərbaycanda qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qida təhlükəsizliyi qeydiyyatına alınır. Qanunvericiliyə əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin qida sahəsində fəaliyyət göstərməsi qadağandır.

Agentlikdən bildirilib ki, “Balıqçılıq haqqında” qanunun 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən Azərbaycanda minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş balıq məhsulları ticarət dövriyyəsinə daxil edilək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin növbəti plenar iclası başlayıb

Sonrakı məqalə

BDU təkzib etdi: