Belarus ordusu genişmiqyaslı təlimlər keçirəcək

Belarus ordusu Qərb Əməliyyat Komandanlığının rəhbərliyi altında genişmiqyaslı təlimlər keçirəcək.

TASS-ın verdiyi xəbər görə, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hərbi təlimlər avqustun 28-31-də baş tutacaq. 

“Hərtərəfli taktiki təlimlər üçün inteqrasiya olunmuş qüvvələrdən ibarət qrup təşkil olunub. Buraya hərbi hava qüvvələri, motorlu tüfənglər, zirehli texnika, artilleriya bölmələri, pilotsuz uçuş aparatları və elektron müharibə sistemləri daxildir”, – deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı zorakılığına dair hesabat hazırlanıb

Sonrakı məqalə

Ramiz Mehdiyev nəvəsinin toyunda –