Belarus xokkey üzrə dünya çempionatını keçirmək hüququndan məhrum edilib

Belarus xokkey üzrə dünya çempionatını keçirmək hüququndan məhrum edilib.

Azpost.info bildirir ki, bu barədə Beynəlxalq xokkey Federasiyası məlumat yayıb. Dünya çempionatı 2021-ci ilin iyun ayında keçirilməli idi.

“Təhlükəsizlik məsələləri baxımından çempionatın Minskdə keçirilməməsi qərarı verildi. Proseslərin yekun qiymətləndirilməsi çempionatın keçirilməsini mümkünsüz edir”-deyə press-relizdə vurğulanır.

Təşkilatdan verilən məlumata görə, turnirin keçirilməsi üçün Belarus və Litva birgə ərizə vermişdi. Odur ki, Federasiya ikinci ölkənin təşkilatçı kimi imkanlarını öyrənərək qiymətləndirəcək.

Xokkey Federasiyasının prezidenti Rene Fazel 11 yanvarda Minskdə Lukaşenko ilə çempionatı müzakirə etmişdi.

Dünya Çempionatı 21 may -6 iyunda Minsk və Riqada keçirilməli idi. Belarusda prezident seçkilərindən sonra müxalifət olimpiadanı boykot olunması barədə federasiyaya müraciət etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib” –

Sonrakı məqalə

İki gün əvvəl Laçından tərxis olunan əsgər evdə dəm qazından boğuldu –