“Belarusda əhalinin qorxudulmasına son qoyun!” –ABŞ və Avropa İttifaqı bəyanat verdi

ABŞ, Böyük Britaniya, İsveçrə və Avropa Şurası Belarusdakı vəziyyətlə bağlı Avropa İttifaqı adından bəyanat verib.

Azpost.info bildirir ki, bəyanatda dinc nümayişçilərə qarşı təzyiqlərin dayandırılması tələb olunur: “Belarus hakimiyyəti əhalinin qorxudulmasına son qoymalı, hərbi qüvvələrdən öz vətəndaşlarına qarşı işlədə biləcəyi barədə təhdidlərdən imtina etməlidir”.

“Biz Belarusda insan haqlarının ədalət məhkəməsinin pozulduğunun, insanların həlak olmalarının və iztirablarının şahidi olduq” –deyə sənəddə vurğulanır.

Həmçinin  bütün qeyri-qanuni tutulan şəxslərin buraxılmasını tələb edilir.

Bəyanatda bildirilir ki, Belarus iqtidarı baş vermiş qanun pozuntuları ilə bağlı tam təhqiqat aparmalıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ombudsman Bərdədə 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürüb

Sonrakı məqalə

Azərbaycanda bir gündə 188 nəfər COVID-19-a yoluxub-