Belarusda 15 partiyadan 11-i təkrar qeydiyyatdan keçə bilməyib

Belarus Ədliyyə Nazirliyi siyasi partiyaların təkrar qeydiyyatını başa çatdırıb.

Azpost.info xəbər verir ki, yenilənmiş reyestrə əsasən, ölkədə 15 partiyadan 4 səlahiyyətli partiya qalıb.

11 partiya təkrar qeydiyyatdan keçməyib. Bəzi partiyalar Ədliyyə Nazirliyinə sənəd belə, təqdim etməyib.

2023-cü ilin fevralında Belarus prezidenti Aleksandr Lukaşenko partiyalar haqqında yeni qanun imzalayıb. Dəyişikliklərə əsasən, birliklərin sayı üçün minimum hədd min nəfərdən 5 min nəfərə qədər artırılıb, həmçinin ölkədə nümayəndəliklər üçün standart müəyyən edilib. İndi hər bir partiyanın Minskdə və bütün bölgələrdə şöbəsi olmalıdır.

Azpost.info

Əvvəlki məqalə

Ən yaxın zamanda “Akınçı” PUA-ları Azərbaycana təhvil veriləcək

Sonrakı məqalə

Zaxarova Almaniya XİN rəhbərinin təhdidlərinə cavab verib