“Belarusda hakimiyyət dəyişikliyi üçün güclü ssenari hazırlanır”- LUKAŞENKO

“Litva, Polşa və Ukrayna Belarusda hakimiyyət dəyişikliyi üçün güclü ssenarinin hazırlanmasında iştirak edir, lakin Minsk buna imkan verməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko MDB Dövlətlərinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının iclasında deyib.

“Belarusa gəlincə, deyə bilərəm ki, Polşada, Litvada və təəssüf ki, Ukraynada qeyri-qanuni silahlı birləşmələrin üzvləri hazırlanır. Ölkədə ekstremist yuvalar yaratmağa cəhd edilir. Son faktlar bunu sübut edir”, – Lukaşenko bildirib.

Onun sözlərinə görə, faktiki olaraq hakimiyyət dəyişikliyinin ssenarisi hazırlanır: “Hakimiyyət dəyişikliyi üçün güclü ssenari hazırlanır. Biz bunu görürük, buna imkan verməyəcəyik”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan xalqı televiziyalarda nəyə baxır? –

Sonrakı məqalə

Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlandı