Belarusda keçirilən təlimlərdə Rusiyanın iki hərbçisi ölüb

Noyabrın 12-də Rusiya Hava Desant Qüvvələrinin Belarusun Qrodno vilayətində keçirilən təlimdə paraşütlə eniş zamanı iki rus hərbçi ölüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bədbəxt hadisəyə səbəb qəfil əsən güclü külək olub.

Yüksək ixtisaslı iki müqaviləli hərbçidən biri ehtiyat paraşütlə hər ikisini xilas etməyə çalışsa da paraşüt sistemi işə düşməyib və arzuolunmaz eniş olub. Hər iki hərbçi aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lavrov və Şoyqu Fransa XİN rəhbəri ilə Qarabağda vəziyyəti müzakirə edib

Sonrakı məqalə

Ərdoğan Azərbaycandakı Türkiyə hərbçiləri ilə bağlı qanunu təsdiqlədi