Belarusda minlərlə insan etiraz aksiyasına başlayıb –

(CANLI YAYIM)
10 Avqust 2020 - 00:17

Minskdə etirazçıların toplaşdığı “Müstəqillik” meydanına polis müdaxiləsi başlayıb. Əhalini dağıtmaq üçün səs bombaları atılır. Suvuran maşın meydana daxil olub.

**

Belarusda minlərlə insan seçkinin nəticələrinə etiraz edərək aksiyaya başlayıb.

Azpost.info bildirir ki, Minskdə küçələrə çıxan minlərlə adam şəhərin mərkəzinə toplaşıb.  Onlara qarşı gözyaşardıcı qazdan istifadə olunur. Ayrı-ayrı yerlərdə OMON-la toqquşmalar olub.

Minskə hərbi texnika gətirilib.

Belarusda İnternetlə problem yaranıb. Bir çox belarus saytları işləmir.

Live: Выборы президента Беларуси

В прямом эфире следим за завершением главного дня голосования на выборах президента Беларуси. В Минск приехала военная техника и водомёты. Явка на 16:00 составила 73,4%

Gepostet von Настоящее Время am Sonntag, 9. August 2020