Belarusdakı vəziyyət ABŞ və Rusiya arasında rəqabət deyil.
Bunu ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan tele-brifinqdə deyib.
“Bu, ABŞ və Rusiya arasında rəqabət deyil, ölkə rəhbəri ilə xalq arasındakı rəqabətdir. Belarusların əksəriyyəti Rusiyanı ürəklərinə ən yaxın olan ölkə hesab edir, biz bu hisslərə və suveren seçimə hörmətlə yanaşırıq. Ancaq Moskvanın belə bir rejimi və mülki şəxslərə qarşı oxşar zorakılığı necə dəstəklədiyini başa düşmürük. Kreml bu yola davam edərsə, Rusiyadan inciməyən Belarus xalqının Moskvaya qarşı çevrilmə riski var”, ABŞ rəsmisi bildirib.
ABŞ Dövlət katibinin birinci müavini əlavə edib ki, Belarus xalqı avqustda keçirilən Prezident seçkisində Aleksandr Lukaşenkonun ölkəyə rəhbərliyini açıq şəkildə rədd edib.
Stiven Biqan Rusiya xalqının da açıq şəkildə Aleksandr Lukaşenkonu dəstəkləmədiyini deyib. O, Rusiya xalqını etiraz hərəkatı ilə bağlı dezinformasiyaya müqavimət göstərməyə və ədalət axtarışında Belarus xalqına dəstək verməyə çağırıb. (APA)