Belarusun Azərbaycandakı sabiq səfiri koronavirusdan vəfat edib

15 Mart 2021 - 13:31

Belarusun Azərbaycandakı sabiq səfiri Gennadi Axramoviç 56 yaşında vəfat edib.

Sabiq səfir yeni növ koronavirus (COVID-19) infeksiyasından həyatını itirib.

Qeyd edək ki, G. Axramoviç 2015-2020-ci illərdə Belarusun Azərbaycanda səfiri olub.