Belarusun “Vaqner”in döyüşçüləri üçün təklif etdiyi çadır düşərgəsi təxminən 5 min nəfəri yerləşdirmək olar. Düşərgədə hərbi texnika yerləşdirmək də mümkündür.
Azpost.info xəbər verir ki, bu barədə Belarus müdafiə nazirinin köməkçisi Leonid Kasinski məlumat verib.
Düşərgə Mogilyov vilayətinin Osipoviçi şəhəri yaxınlığında yerləşir.
Kasinski qeyd edib ki, nəzəri cəhətdən hərbi texnika istənilən yerdə yerləşdirilə bilər: “Əsas çətinlik onun ölçüsündədir. Bu, keçmiş hərbi şəhərcikdir. İnfrastruktur qorunub saxlanılıb, texnika saxlamaq üçün qutular var, artilleriya briqadası vaxtilə burada yerləşib”.
Azpost.info
