Belçika Rusiyaya məxsus 200 milyon avronu Ukrayna üçün xərcləyib

Belçika Rusiyanın dondurulmuş aktivlərindən 200 milyon avronu Ukraynaya kömək etmək üçün istifadə edib.

Azpost.info xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Aleksandr De Kroo Haaqada keçirdiyi mətbuat konfransında bildirib.

O, bunu iqtisadi və mənəvi baxımdan tam haqlı qərar adlandırıb. Həmçinin Rusiyaya ağıllı və səmərəli şəkildə zərbə vurmağa çağırıb: “Biz Belçikada dondurulmuş Rusiya aktivlərindən təxminən 200 milyon avro gəlir əldə etmişik və biz bu vəsaiti yalnız Ukraynanın hərbi səylərini və Belçikadakı ukraynalı qaçqınları dəstəkləmək üçün istifadə edirik. Və əminəm ki, biz bu istiqamətdə daha da irəli gedə bilərik”.

Baş nazir qeyd edib ki, Belçika xidmətləri Rusiya Mərkəzi Bankının 180 milyard avrodan çox aktivini dondurub.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş başlayıb

Sonrakı məqalə

Prezident Xudafərin qəsəbəsinin təməlini qoyub