Belqorodun iki kəndinə giriş bağlanıb, sakinlər təxliyyə olunur

Belqorod vilayətindəyerləşən Petrovka və Solovyovka kəndlərinə girişə bağlanıb,  sakinləri təxliyyə edilir.

Azpost.info bildirir ki, bu barədə vilayətin rəhbəri Vyaçeslav Qladkov bildirib.

“Əməliyyat qərargahının iclasında qərar qəbul etdik. Biz girişi bağlayırıq və Belqorod rayonunun Petrovka və Solovyovka sakinlərinin köçürülməsi və yeni mənzillərlə təmin edilməsi proseduruna başlayırıq”-deyə Qladkov bildirib

Onun sözlərinə görə, Petrovka sakinləri ona daim atəş altında olduqlarından və kənddə qalmaqdan qorxduqlarından şikayət ediblər.

Qladkov əlavə edib ki, yeni mənzillərin verilməsi və birdəfəlik ödənişlərin verilməsinə Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdeh olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.