“Beşiktaş” doğma meydanda xal itirib –Türkiyə Superliqası

Aprelin 16-da futbol üzrə Türkiyə çempionatının XXXV turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” doğma meydanda “Ankaragücü”nü qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 2:2.

Günün digər qarşılaşmasında “Rizəspor” səfərdə “Antalyaspor”u 3:2 hesabı ilə məğlub edib. “Sivasspor” öz meydanında “Gənclərbirliyi”ni 3:2 udub. “Konyaspor” – “Kayserispor” matçında isə qapılara qol vurulmayıb.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 71 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 66 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 62 xala malik olan “Qalatasaray” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi XİN-ə çağrıldı –

Sonrakı məqalə

Bu gündən aprelin 19-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək