“Beşiktaş” yenə məğlub oldu –UEFA Çempionlar Liqası

Sentyabrın 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilib.

Turun erkən başlayan görüşlərin biri Niderlandda oynanılıb. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” klubu “Ayaks”ın qonağı olub.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər görüşdə İtaliyanın “İnter” klubu səfərdə Ukraynanın “Şaxtyor” komandası ilə heç-heçə edib – 0:0.

Qeyd edək ki, İstanbul təmsilçisi ilk turda öz meydanında “Borussiya Dortmund”a məğlub olub. “Ayaks” isə səfərdə “Sportinq”ı darmadağın edib (5:1).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan 3 erməni hərbçinin meyitini Şuşada qarşı tərəfə verib

Sonrakı məqalə

Kən Təsərrüfatı Nazirliyinin şöbə müdiri Nicat Nəsirli vəfat edib