“Beşiktaş”dan “Neftçi”yə 2-ci qol

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Qol.az xəbər verir ki, turnirdəki təmsilçilərimizdən “Neftçi” Bakıda Türkiyənin “Beşiktaş”ını qəbul edir.

Xatırladaq ki, “Neftçi” indiyədək Avropa kuboklarında bir dəfə Türkiyə təmsilçiləri ilə qarşılaşıb. 2020-ci ilin sentyabrında pandemiya səbəbindən cəmi bir oyundan ibarət olan qarşılaşmada “ağ-qaralar” Bakıda “Qalatasaray”a 1:3 hesabı ilə uduzub və mübarizəni dayandırıb.

 

10 avqust

UEFA Konfrans Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunu

21:00.”Neftçi” – “Beşiktaş” (Türkiyə) – 0:2 (Birinci hissə)

Qol: Vensan Abubakar, 14, Cekson Muleka, 22

Baş hakim: Lukas Fandrix

Bakı. “Neftçi” Arena”

Əvvəlki məqalə

Kim Çen In qərargah rəisini istefaya göndərdi –

Sonrakı məqalə

“Qarabağ” HİK-i məğlub etdi –