Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Beyləqanda mədəni irsimizin təbliği ilə bağlı seminar təşkil olunub

User 14 Oktyabr 2025 - 07:30 (Last updated: 14 Oktyabr 2025 - 12:01)
be01

13 oktyabr tarixində Beyləqan şəhər Humanitar Fənlər Təmayüllü Liseyin akt zalında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Qayıdış” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəni irsimiz: Örənqala – torpaq altında qalmış şəhər” adlı seminar keçirilib.

Seminarda rayon ziyalıları, alimlər, mədəniyyət və təhsil işçiləri, eləcə də məktəblilər iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Seminar iştirakçılarını salamlayan “Qayıdış” İctimai Birliyinin sədri Şamxal Rəhimov “Mədəni irsimiz: Örənqala – torpaq altında qalmış şəhər” layihəsi barədə geniş məlumat verib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev çıxış edərək rayon ərazisində yerləşən qədim Örənqala yaşayış yeri haqqında məruzə edib. O qeyd edib ki, Örənqala V əsrə aid abidədir və aparılan arxeoloji qazıntılar nəticəsində onun qədim Beyləqan şəhərinin qalıqları olduğu sübuta yetirilib. Sonra o, qazıntılar zamanı Örənqala yaşayış yerindən tapılmış və hazırda Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan eksponatlar barədə geniş məlumat verib, qədim tariximizin öyrənilməsi baxımından bu tapıntıların əhəmiyyətini vurğulayıb. Daha sonra Mikayıl Mustafayev seminar iştirakçılarının suallarını cavablandırıb.

Tədbirdə Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident təqaüdçüsü Səxavət Tağlar, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov, şair-publisist Rövşən Qarabudaq, Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Natiq Quliyev və AYB Beyləqan Bölməsinin məsul katibi, Prezident təqaüdlü şair Raquf Budaqlı çıxış edərək Örənqala abidəsinin tarixi və mədəni əhəmiyyətindən danışıblar.

Sonda diskussiya təşkil olunub. “Qayıdış” İctimai Birliyinin əməkdaşları və tədbirdə iştirak edən alimlər iştirakçıların suallarını cavablandırıblar.

Seminarın sonunda “Qayıdış” İctimai Birliyinin hazırladığı “Mədəni irsimiz: Örənqala – torpaq altında qalmış şəhər” adlı kitabça iştirakçılara təqdim edilib.

Seminardan sonra ictimai birliyin əməkdaşları və qonaqlar Beyləqan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində görüş keçiriblər. Görüşün sonunda kitabxanaya yüz nüsxə kitabça hədiyyə olunub. Bununla da seminarın işi yekunlaşıb.

AzPost.az

Post navigation

Previous: “Bullinqə məruz qalan məktəblilər üçün ictimai vəkillik” mövzusunda tədbir keçirilib
Next: Azərbaycan millisi Ukraynaya məğlub olub

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

baxceli
  • Dünya

“Azərbaycanla qardaşlıq siyasi məsələlərdən üstündür” – Dövlət Bağçalı

User 27 Oktyabr 2026 - 19:38
MHP sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığının siyasi və diplomatik məsələlərdən daha dərin olduğunu bildirib. O, Türkiyə Cümhuriyyətinin...
Read more about “Azərbaycanla qardaşlıq siyasi məsələlərdən üstündür” – Dövlət Bağçalı
Ərdoğan yüksək səviyyədə qapalı toplantı keçirdi – Hakan Fidan və kəşfiyyat rəhbəri də qatıldı erdoqan iclas
  • Dünya

Ərdoğan yüksək səviyyədə qapalı toplantı keçirdi – Hakan Fidan və kəşfiyyat rəhbəri də qatıldı

User 27 Oktyabr 2026 - 19:05
Alimlər “gözəgörünməz plaş” hazırladılar – necə işləyir? plas gorunmez
  • Maraqlı

Alimlər “gözəgörünməz plaş” hazırladılar – necə işləyir?

User 27 Oktyabr 2026 - 19:01
Mbappe Çin xalqından üzr istədi – futbolçunun reklamları yayımdan çıxarıldı mbappe
  • İdman

Mbappe Çin xalqından üzr istədi – futbolçunun reklamları yayımdan çıxarıldı

User 27 Oktyabr 2026 - 18:45
Putin Azərbaycanla bağlı açıqlama verdi: “Yaxşı perspektivlər görürük” putin esas
  • Dünya

Putin Azərbaycanla bağlı açıqlama verdi: “Yaxşı perspektivlər görürük”

User 27 Oktyabr 2026 - 18:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.