Beyləqan xəstəxanasında dəhşətli qətl –Ər tibb bacısı olan arvadını öldürdü

Beyləqanda ər arvadını bıçaqlayaraq öldürüb.

Hadisə rayon xəstəxanasında baş verib. Beyləqan rayon sakini, 25 yaşlı Bəhrəmli Könül Bəhmən qızı boşandığı üçün əri tərəfindən bıçaqlanıb. Tibb bacısı işləyən qadının əri onun işlədiyi xəstəxanaya gəlib, onu döyərək, bir neçə bıçaq zərbəsi vurub. Həkimlər K.Bəhrəmlinin həyatını xilas edə bilməyib.

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi açılıb.

Polis qatil əri axtarır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Türkiyənin Suriyadakı hərbi əməliyyatı ilə bağlı bəyanat verdi

Sonrakı məqalə

İlham Əliyev MDB sammitində Ermənistanı ittiham etdi: