Azərbaycan Türkiyənin Suriyadakı hərbi əməliyyatı ilə bağlı bəyanat verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb.

XİN-dən verilən bəyanatda bildirilib ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir.

“Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək”, – deyə bəyanatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qətlə yetirilən gənc məşhur “Lalələr” mahnısını yazan bəstəkarın nəvəsidir –

Sonrakı məqalə

Beyləqan xəstəxanasında dəhşətli qətl –