Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
hebs qadin

Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib.

İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyə Respublikasında müəyyən edilən daha bir şəxsin noyabrın 19-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, 2019-cu ildə “RX.SƏRDAROĞULLARI HOLDİNQ” MMC-nin direktoru vəzifəsində işləyərkən və eyni zamanda faktiki olaraq baş mühasib vəzifəsini icra edərkən, ona etibar olunmuş özgə əmlakını mənimsəyərək talamaqla xeyli miqdarda, ümumilikdə 445.000 manat pul vəsaitini maliyyə əməliyyatları həyata keçirmək və əqdlər bağlamaqla cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 193-1.3.2-ci maddələri) ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Səfərova Zinyət Məmmədrəsul qızının yeri Türkiyə Respublikasında müəyyən olunub və o, həbs edilib.

 

Nazirliyin sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Türkiyə Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

 

Səfərova Zinyət Məmmədrəsul qızı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyə Respublikasından ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

 

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

AzPost.az

Post navigation

Previous: Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

Oxşar xəbərlər

meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57
besir
  • Sosial

“QHT işi” üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub

User 19 Noyabr 2026 - 15:25

xƏBƏR

hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib. İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu...
Read more about Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham aliyev
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.