Beyrutda partlayış nəticəsində ölkənin əsas taxıl anbarı tam məhv olub

05 Avqust 2020 - 16:01

Beyrutda limanında baş verən partlayış nəticəsində ölkənin əsas taxıl anbarı içindəki taxılla birlikdə tam məhv olub.

 “Deutsche Welle”in verdiyi xəbərə görə, bu barədə Livanın İqtisadiyyat naziri Raul Nehme bildirib.

Nazir qeyd edib ki, 6 milyon əhalisi olan ölkənin yalnız bir aylıq taxıl ehtiyatı qalıb və ölkədə qida təhlükəsizliyini təmin etmək üçün ölkəyə ən azı 3 aylıq taxıl ehtiyatı lazımdır. 

Xatırladaq ki, dünən Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb. Ölkəyə idxal üçün əsas giriş limanı tamamilə dağılıb. (APA)