Livan və “Hizbullah” rəsmiləri bildiriblər ki, çərşənbə axşamı günü Livanda eyni vaxtda yüzlərlə peycer partladılıb.
Rəsmilər ölənlərin sayının 11 nəfərə çatdığını bildirib. Hizbullah ən azı səkkiz döyüşçünün öldürüldüyünü açıqlayıb.
Livanın səhiyyə nazirliyi Firas Abiad 2700-dən çox insanın yaralandığını bildirib. Qurbanların çoxunun üzlərində, xüsusən də gözlərində, əllərində və mədələrində xəsarətlər var.
Hadisə zamanı İranın Livandakı səfiri Müctəba Əmini daşıdığı peycerin partlaması nəticəsində ağır yaralanıb.
İran İnqilab Keşikçiləri Korpusunun iki əməkdaşının hücumla bağlı verdiyi məlumata görə, Əmini daşıdığı peycerin partlaması nəticəsində bir gözünü itirib, digər gözü isə ağır yaralanıb.
Hücumlardan xəbəri olan və açıq danışmaq səlahiyyəti olmadığı üçün anonimlik şərti ilə danışan Qvardiya üzvləri cənab Əmininin xəsarətlərinin İranın ilkin məlumatlarından daha ciddi olduğunu və müalicə üçün Tehrana aparılacağını bildiriblər. (APA)