Beyrutda liman administrasiyasının bütün əməkdaşları ev dustağı edilib

05 Avqust 2020 - 18:23

Livan hökuməti Beyrut limanında baş verən partlayışa görə xüsusi vəzifəli şəxslər müəyyənləşdirilib məsuliyyətə cəlb olunana qədər limanın bütün administrasiyasının işçilərinin ev dustaqlığı barədə qərar qəbul edib.

TASS-ın vediyi xəbərə görə, bu barədə Livanın “LBC International” telekanalı məlumat yayıb.

Müvafiq qərar hökumət kabinetinin fövqəladə iclasında qəbul edilib. Qərarın icrası orduya həvalə olunub.

Xatırladaq ki, dünən Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb. (APA)