Bibiheybət yolu açılır:tarix bəlli oldu

“Hər iki istinad divarında artıq tikinti işləri yekunlaşıb”.

Bu sözləri Bibiheybət yolundakı təmir-tikinti işləri barədə Lent.az -a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, yolun hərəkət hissəsinin bərpasına başlanılıb:

“Bu gündən yolun hərəkət hissəsinin bərpasına başlanılıb. Yaxın günlərdə asfaltlanma işləri görüləcək. Planlaşdırmışıq ki, növbəti həftədə Bibiheybət yolunu istifadəyə verək. Orada yamacın aşağısında və yuxarısında istinad divarları inşa olunurdu. Hər iki istinad divarında artıq tikinti işləri yekunlaşıb. Bircə yolun bərpası qalıb”.

Qeyd edək ki, Bakının əsas cənub çıxışı olan Bibiheybət yolu ötən ilin noyabr ayında sürüşmə nəticəsində yararsız hala düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Çörək yenə açıq satılır