Bibiheybət yolunda tikinti-bərpa işləri nə vaxt yekunlaşacaq?

Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə Bibiheybət yolunda hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, bunun üçün sözügedən ərazidə Bakı Nəqliyyat Agentliyi ilə birgə hazırlanmış layihə əsasında zəruri nişanlanma və xətlənmə işləri aparılıb. Bununla da bir müddət bundan öncə yolda təhlükəsiz hərəkəti təmin etmək üçün müvəqqəti olaraq bərpa olunan 2 zolaqdan biri şəhərə giriş istiqamətdə bütün hərəkət iştirakçıları üçün, digər zolaq isə yalnız şəhərdən çıxan müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün ayrılıb. Digər avtonəqliyyat vasitələri “20-ci sahə” adlanan ərazidən istifadə etməklə hərəkət edə bilərlər.

Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı yaşanan problem aradan qaldırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SEPAH təyyarə qəzasına görə məsuliyyəti öz üzərinə götürdü:

Sonrakı məqalə

Zelenski xalqa müraciət edəcək