SEPAH təyyarə qəzasına görə məsuliyyəti öz üzərinə götürdü:"Ölkələrin qəbul edəcəyi istənilən əmrləri...”

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə İranın Hərbi kosmik qüvvələrinin komandiri, briqada generalı Əmir Əli Hacızadə deyib:

“İran İslam İnqilabı Keşikçiləri Korpusu Ukrayna təyyarəsinin qəzaya uğraması üçün tam məsuliyyət daşıyır. Biz bütün məsuliyyəti öz üzərimizə götürürük və ölkələrin səlahiyyətlilərinin qəbul edəcəyi istənilən əmrləri yerinə yetirməyə hazırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ordunun sərəncamında olan silahlar düşmən üzərində qələbəyə tam imkan verir”

Sonrakı məqalə

Bibiheybət yolunda tikinti-bərpa işləri nə vaxt yekunlaşacaq?