Biləsuvar gömrük postunda yarım ton heroin aşkar edilib

20 Sentyabr 2021 - 16:18

Gömrük orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Twitter”də paylaşım edib.

O bildirib ki, ölkənin cənub sərhədində Biləsuvar gömrük postunda 527 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.