Biləsuvar rayonunda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
Bunlar Yardımlı rayon sakinləri – 1961-ci il təvəllüdlü Veysəl Xəlilov, 1977-ci il təvəllüdlü Nazim İmanov, 1956-cı il təvəllüdlü Səmədxan Abdullayev, Biləsuvar rayon sakinləri – 1996-cı il təvəllüdlü Amina Mehralıyeva, 2017-ci il təvəllüdlü İbrahim Əliyev və Sabirabad rayon sakini, 1947-ci il təvəllüdlü Sərədxan Əliyevdir.
Qeyd edək ki, hadisə köhnə Ələt – Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük avtomobili “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşub.
Faktla bağlı araşdırma aparılır.